İcra Hakimiyyətlərindən çəmənlik qadağası

İcra Hakimiyyətlərindən çəmənlik qadağası
SOSİAL
10:40 11.05.2016
1544
Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Bu, təqdirəlayiq və hər kəs tərəfindən bəyənilən işdir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın.
Ancaq İcra hakimiyyətləri insanların parklardan, parklardakı çəmənliklərdən istifadəsinə müəyən əngəllər yaradır. Fikir vermisinizsə, dünyanın hər bir yerində çəmənliklər insanların istifadəsinə verilir. Yəni insanlar hətta çəmənliklərdə pikniklər belə, keçirə bilirlər. Bizdə isə parklarda çəmənliklərə Adəm oğlunun ayağının dəyməsi yasaq edilib.
Əcəba, görəsən İcra hakimiyyətlərinin bu qadağasının arxasında hansı sirr var?
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzov modern.az saytına birmənalı şəkildə deyib ki, çəmənliklərdə oturmaq və onu tapdalamaq olmaz. “Qazon hər yerdə qorunur, qulluq tələb edir. İnsanlar paltarlarını sərib otururlar onun üstündə, bu isə onun saralmasına və qurumasına səbəb olur. Qazonun özünün xüsusi qulluq texnikası var. Sonradan yaradılmış çəmənliklərdə insanlar oturduqda, o sahə taptalandıqda, əzilir, saralır və quruyur.
Bəzən insanlar itlərini çəmənliklərdə gəzdirirlər, o itlər də ayaqları ilə çəmənliyi qazır, yararsız hala salır. Parklarda, bağlarda yaradılmış gözəllik insanlar üçündür. İnsanlar bunları qorumalıdır. Bu sahədə maarifləndirmə işləri görülməlidir”.
Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var. Yəni bizdə çəmənliyə adam ayağı dəydisə, otlar saralır, məhv olur. Xaricdə isə belə deyil.
İstənilən halda İcra hakimiyyətlərinin bu cür qadağaları onu göstərir ki, onlar çəmənlikərin təyinatından xəbərsizdirlər. Digər tərəfdən, saldıqları çəmənliklərin vəziyyətindən özləri xəbərdardılar, yəni keyfiyyətsiz iş gördüklərini qadağaları ilə özləri təsdiqləmiş olurlar. Yoxsa insanlara bu çəmənliklərdə istirahət etməyi niyə qadağan etsdinlər ki...?
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək