İctimai Palatada fikir ayrılığı yarandı

İctimai Palatada fikir ayrılığı yarandı
SİYASƏT
12:37 27.05.2013
1570
“Koordinasiya Şurasına keçirilməsi nəzərdə tutulan seçki məsələsinə İctimai Palatanın növbəti sessiyasında aydınlıq gətiriləcək”.Bu açıqlamanı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn verib. O deyib ki, qeyd olunan seçkilərin keçirilməsi Milli Şuranın yaradılması istiqamətində aparılan işlərlə əlaqədar müvəqqəti olaraq təxirə salınıb: “Milli Şura məsələsinə aydınlıq gəldikdən sonra bu məsələyə növbəti sessiyada baxılacağına dair razılaşma var”.

P. Hüseyn deyib ki, İctimai Palatada bu qurumun əhəmiyyətinin artırılması qənaətində olanlarla yanaşı, əleyhdarları da mövcuddur: “Bəziləri düşünür ki, Milli Şura inteqrasiya yaradacaq təşkilat olacaqsa, daha kiçik miqyaslı təşkilatların fəaliyyətinə ehtiyac yoxdur. Bunun səbəblərindən biri İctimai Palata üzvlərinin daha çox “Rəsulzadə-Elçibəy” platformasında təmsil olunmalarıdır. Açığı qeyd etmək lazımdır ki, İctimai Palatanın 65 rayonda şöbələri yaradılıb və burada 4 minə yaxın şəxs birləşib. Bu mənada İctimai Palatada birgə fəaliyyətlə bağlı təcrübə formalaşıb”.

O vurğulayıb ki, təmsil olunduğu qurum daxilində aparılan müzakirələrdə İctimai Palatanın istənilən halda saxlanmasının zəruriliyi qeyd olunur: “İctimai Palata eyni mövqedə olan şəxslərin, eyni zamanda Müsavat və AXCP-nin əməkdaşlıq mexanizmidir. Hazırkı məqamda Milli Şura yaradılsa da, yaranmasa da, İctimai Palatanın fəaliyyətini davam etdirməsi mövqeyində olanlar üstünlük təşkil edir. Hər halda vəziyyətə dair müzakirələr aparılacaq”.

P. Hüseyn qeyd edib ki, Milli Şuranın mayın 28-də elan olunacağı haqda hansısa məlumata malik deyil.//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
16:09 16.07.2025
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
16:07 16.07.2025
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
16:03 16.07.2025
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
Beyləqanda evə basqın edib qadını öldürdülər
15:53 16.07.2025
Beyləqanda evə basqın edib qadını öldürdülər