İctimai yerlərdə altı nəfər aktiv koronavirus xəstəsi aşkarlandı

İctimai yerlərdə altı nəfər aktiv koronavirus xəstəsi aşkarlandı
SOSİAL
20:45 17.01.2022
228
Yanvarın 15-16-da polis əməkdaşları tərəfindən respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildiriblər ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

OXŞAR XƏBƏRLƏR