"İctimai yerlərdə istifadə olunan QR kodlar şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər"

"İctimai yerlərdə istifadə olunan QR kodlar şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər"
SOSİAL
14:09 29.12.2025
86
"İctimai yerlərdə istifadə olunan QR kodlar müəyyən hallarda şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər. Ancaq problem QR kodun özündə deyil, onun yönləndirdiyi linkdədir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov deyib. 

O bildirib ki, istifadəçi QR kodu oxutduqda, çox vaxt açılan ünvanı yoxlamadan avtomatik olaraq sayta daxil olur:


"İstifadəçi QR kodu oxutduqda, çox vaxt açılan ünvanı yoxlamadan avtomatik olaraq sayta daxil olur. Bu isə fişinq (saxta saytlar), saxta ödəniş səhifələri və ya sosial şəbəkə və bank tətbiqlərinə bənzər zərərli platformalar üçün əlverişli şərait yaradır. Əgər həmin səhifədə kart məlumatları, şifrə və ya digər şəxsi məlumatlar daxil edilərsə, məlumat oğurluğu riski yaranır. Buna görə də, xüsusilə küçədə, liftlərdə, elan lövhələrində və ya ictimai məkanlarda gördüyümüz QR kodlara tənqidi yanaşmaq, mənbəyə güvənmədikcə onları skan etməmək və açılan linkin ünvanını diqqətlə yoxlamaq çox vacibdir. QR kod asanlıqla kənar biri tərəfindən dəyişdirilə bilər”.

Ekspert bildirib ki, QR kodlarla bağlı 3 əsas risk mövcuddur:

"Birincisi fişinq (saxta sayt riski) QR kod sizi saxta bank, sosial şəbəkə və ya ödəniş səhifəsinə yönləndirə bilər. Burada kart məlumatları, login-parol və ya şəxsiyyət məlumatları daxil edildikdə, onların oğurlanması baş verər. İkincisi zərərli proqram yüklənməsi, xüsusilə Android telefonlarda QR kod vasitəsilə şübhəli tətbiq yükləmə linki açıla bilər. İcazə verildiyi halda, həmin proqram telefonun yaddaşına, şəkillərə və kontaktlara çıxış əldə edir. Digər tərəfdən isə mənbənin manipulyasiya olunmasına gətirib çıxarır”.

Natiq Məmişov qeyd edib ki, 3 əsas təhlükəsizlik qaydası var:
1. Mənbəyə güvənmədən QR kodu skan etmək olmaz. 
2. Açılan linkin ünvanını mütləq yoxlamaq lazımdır.  3. Heç vaxt QR vasitəsilə açılan səhifədə gizli məlumat paylaşmamaq.
OXŞAR XƏBƏRLƏR