İdarəetmədən çıxan sərnişin avtobusu aşdı, 18 nəfər yaralandı

İdarəetmədən çıxan sərnişin avtobusu aşdı, 18 nəfər yaralandı
DÜNYA
15:39 22.01.2024
142
Türkiyənin Kütahya bölgəsində idarəetmədən çıxan sərnişin avtobusu yol kənarına aşıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 18 nəfər xəsarət alıb. 

Qəza səhər saatlarında Yaylaköy yaxınlığında, Gediz-Kütahya yolunun 9-cu kilometrliyində baş verib. 

Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib.
 
Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 18 nəfər xəsarət alıb.
 
Yaralılar təcili tibbi yardım maşını ilə Gediz Dövlət Xəstəxanasına aparılıb.  

Yaralılar müalicə olunduqdan sonra evə buraxılıblar. 

Oksana
OXŞAR XƏBƏRLƏR