""İdeal" hədiyyə kartı verir, sonra deyir ki vaxtı keçib" - Ekspert saxta məhsullardan danışdı

""İdeal" hədiyyə kartı verir, sonra deyir ki vaxtı keçib" - Ekspert saxta məhsullardan danışdı
SOSİAL
17:54 20.02.2017
5564
 
Xəbər verdiyimiz kimi, Qafqazinfo-ya müraciətində Kəmalə Salayeva adlı müştəri "İdeal"dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib. Müştəri məhsulun saxta olduğunu bildirib. 
 
"Fevralın 13-də "İdeal"ın "Gənclik Mall"dakı filialından 10 faiz endirimlə 469 manata "Roja" parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər".

Məsələ ilə bağlı "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən qafqazinfo-ya bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: "Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir".
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov münasibət bildirib. O, son illərdə parfümeriya bazarında ən çox "İdel"dan şikayətlərin gəldiyini və ictami birlik olaraq dəfələrlə bu barədə şirkət rəsmilərinə məlumat verdiklərini söyləyib:
 
"Ən çox istehsalçılar tərəindən şikayətlər "İDEAL" Mağazalar Şəbəkəsindən daxil olur. Əsas şikayətlər isə parfümeriya mağazasının müştərilərə verdiyi hədiyyə kartları ilə bağlıdır. Belə ki, 100 manat hədiyyə kartı əldə edən müştərilər müəyyən müddət sonra mağazaya yaxınlaşanda vaxtının bitdiyini söyləyilər. Bu sayda şikayətlər "İdeal"da çoxlu saydadır. Biz dəfələrlə bu barədə şirkətə müraciət etsək də heç bir tutarlı addım atılmayıb". 
 
E.Hüseynov Azərbaycanda gətirilən parfümeriya məhsullarının çoxununü üzərində istehsal tarixlərinin yazılmadığını və bu məhsulların Çin istehsalı olduğunu deyib:
 
"İstehsal tarixi üzərində olmayan məhsulların çoxu Çin istehsalıdır. İstehlakçılar bu barədə diqqətli olmalıdırlar. Bu məhsulların çoxu hər gün reklamları gedən mağazalar şəbəkələrində satılır". 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
12:39 02.06.2025
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə