Bu gün Naxçıvan-İğdır avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərdən biri tələbə imiş.
AZXEBER.COM xəbər verir ki, dünyasını dəyişən Fərhad Fərhadlı Naxçıvan Universitetinin tələbəsi olub. Fərhad Fərhadlı universitetinin 4-cü kursunda Maliyyə ixtisası üzrə təhsil alırmış.
O, Ordubad rayonunun Kotam kəndində doğulsa da, valideynləri Türkiyədə yaşayırmış. Valideynlərinin yanından təhsilini davam etdirmək üçün Naxçıvana dönən Fərhad Fərhadlı faciəli şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən şəxslədən ikisi Süleyman Əliyev və Zivər Səfərovadır.