"İdlibə getmək istəyirəm, kəfənimi geyindim" - Məşhur futbolçu

"İdlibə getmək istəyirəm, kəfənimi geyindim" - Məşhur futbolçu
İDMAN
22:38 01.03.2020
4417
"Yukatel Denizlispor"un "BtcTurk Yeni Malatyaspor"u 2-0 hesabı ilə məğlub etdiyi oyundan sonra meydançada maraqlı anlar yaşanıb.

"Denizlispor"un oyunçusu Mustafa Yumlu "İdlibə əsgərlərimizin yanına getmək istəyirəm. Kəfənimi geyindim, gözləyirəm" deyə açıqlama verib:

"Futbol barəsində danışmaq istəmirəm. Muhsin Yazıcıoğlunun sözləri yerinə düşər: "Millət olaraq müharibəni sevmirik, amma söhbət Vətəndirsə, dünyanın şah damarını kəsərik". Əsgərlikdə olmuşam. Amma İdlibə əsgərlərimizin yanına getmək istəyirəm. Lazım olsa onların ayaqqabı və çantalarını da təmizləyərəm".
 
///publika/az
OXŞAR XƏBƏRLƏR