“İdman Azərbaycan”ın şərhçilər Türkiyə mətbuatının gündəmində

“İdman Azərbaycan”ın şərhçilər Türkiyə mətbuatının gündəmində
İDMAN
11:04 19.02.2016
4385

“İdman Azərbaycan” kanalında yayımlanan “Qalatasaray” – “Latsio” oyununun şərh edən Ramiz Mirzəzadə və Tural Məmmədli Türkiyə mediasının gündəminə gəlib.

“Hürriyyet” azərbaycanlı şərhçilərin sözlərinə xüsusi yer ayırıb.

Matç ərzində “Mustafa Dənizli nəyi gözləyir?”, “Podolski neyləsin artıq?”, “Ryan Donk yenə çıxmır” kimi ifadələri qardaş ölkədən olan həmkarlarımızın diqqətini çəkib.

“Hüriyyət”in yazdığına görə , dünən “Tvitter”də də “Qalatasaray” – “Latsio” matçı ilə bağlı ən çox müzakirə olunan da azərbaycanlı spikerlərin şərhləri olub.

Qeyd edək ki, sözügedən şərhçilər ölkəmizdə sosial şəbəkələrdə də müzakirə olunub. Türkiyədən fərqli olaraq yerli tamaşaçılar onları tənqid edib. 

qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR