Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb.
Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib.
Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.










































