Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"u qəbul edir
Misli Premyer Liqasının IX turunun növbəti oyunları bu gün keçiriləcək.
Turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Şəfa" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 16:30-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. "Palms Sports Arena"da baş tutacaq matçın start fiti saat 19:00-da...