Muay-Tay idman növündə yarışan idmançılarımızdan 6 medal
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 2-4 dekabr 2011-ci il tarixində Türkiyənini İstanbul şəhərində Muay-Tay idman növü üzrə yeniyetmələr arasında Balkan çempionatı keçirilmişdir.
Azərbaycan idmançıları bu yarışa 8 idmançı və 2 məşqçi ilə qatılmışdılar. Nəticədə komandamızın üzvləri ölkəmizə 2 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıblar.