İdmançımız erməni üzərində qələbə çaldı - VİDEO

İDMAN
13:23 19.04.2014
1508
Petrosyan ötən il keçirilən kiqboksinq üzrə konfederasiya kubokunun qalibi olub.
Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Şamil Əliyev 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyana qalib gəlib.
Bundan öncə həmyerlimiz Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb.
Qeyd edək ki, 1/16 final mərhələsində ermənilərin daha 2 boksçusu- Qrayr Şaxverdyan və Qevork Petrosyan rəqiblərinə 0 :3 hesabı ilə məğlub olmaqla mübarizəni dayandırıb. Şamil Əliyevin məğlub etdiyi Gevorq Petrosyan ötən il keçirilən kiqboksinq üzrə konfederasiya kubokunun qalibi olub.
OXŞAR XƏBƏRLƏR