"İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı

"İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı
11:08 15.02.2026
1313
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən AZXRBER.COM-a verilən məlumatda onun müalicəsinin hazırda davam etdirildiyi bildirilib:

"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".

Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
OXŞAR XƏBƏRLƏR