İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO

İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
SOSİAL
22:52 10.04.2025
412
Nəzarət tədbirləri çərçivəsində "Gourmeat" MMC-nin Rusiyadan idxal etdiyi "Bryansk Meat Company" şirkətinin istehsalı olan 21000 kq "Miratorq" əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

 



OXŞAR XƏBƏRLƏR