İƏT-in Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

SİYASƏT
14:58 27.12.2024
117
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə başsağlığı verib.

Başsağlığında qeyd olunub:

"Zati-aliləri cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, çoxlu sayda insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ürəkağrıdan hadisə ilə əlaqədar kədər və hüznümü bölüşür, Sizə və Azərbaycan xalqına, həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Uca Allahdan mərhumların ruhuna rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

OXŞAR XƏBƏRLƏR