İfaçı Anar İsayev "Mənimsən" adlı yeni klipini təqdim etdi - VİDEO

İfaçı Anar İsayev "Mənimsən" adlı yeni klipini təqdim etdi - VİDEO
MAQAZİN
20:18 25.03.2022
478
İfaçı Anar İsayev "Mənimsən" adlı yeni mahnı, klipini təqdim edib.

"Twist", "Rock’n’Roll" və "Rockabilly" janrlarının qarışığından ibarət bəstə, ancaq canlı alətlər üzərində qurulub.
 
Ekran işində 70-ci illərin ab-havasını saxlamaq üçün, məhz o illərə məxsus səsyazma cihazları, (gitara, klaviş, barban) istifadə edilib.

Sənətçi, fərqlilik yaratmaq üçün, klipində 70-ci illərə məxsus kostyum, ayaqqabılar geyinib.
 
Qeyd edək ki, Anar İsayev, bundan öncə "Covid"lə mübarizə zamanı həlak olan həkimlərə "Sən bağışla" adlı mahnı, klipini də həsr etmişdi.
 

OXŞAR XƏBƏRLƏR