İftar qonaqlıqları keçirilməlidirmi? – İlahiyyatçı açıqladı

İftar qonaqlıqları keçirilməlidirmi? – İlahiyyatçı açıqladı
SOSİAL
16:14 14.04.2021
387

Bu gün Ramazan ayının ilk günüdür. Ramazan ayında kütləvi formada iftar süfrələrinin təşkili və digər formada insanların toplaşmağı koronavirusun kütləvi yayılmasına zəmin yarada bilər. Nəzərə alsaq ki, pandemiya təkcə sağlamlıq məsələsi deyil, həmçinin sosial həyat, sağlamıq, iqtisadiyyat, psixologiya və digər sahələrə də öz ciddi təsirini göstərir.

Din xadimi, ilahiyyatçı, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, online qaydada, sosial şəbəkələr vasitəsilə insanları hər gün maarifləndirməliyik ki, iftar süfrəsində kütləvi şəkildə deyil, yalnız bir neçə nəfərlə toplaşa bilər: "Ramazan ayı yardımlaşma ayıdır. Hər bir insan çalışdığı qədər sosial məsafəni qorumaq şərtilə öz ailəsi ilə birlikdə toplanmalı, iftar süfrələri açıb, dualar etməlidir. Məscidlər müvəqqəti olaraq bağlı olduğuna görə, insanlar yardım etmək istəyirlərsə, qonşuluğunda və ya ətrafında hər hansı yardıma möhtac insanlara yardım etsinlər. Hər bir insan çalışdığı qədər sosial məsafəni qorumaq məqsədilə yanlız öz ailəsində iftar süfrələri təşkil edərək bu vacib dini ayini icra etməlidir. Bu ildə Ramazan ayı pandemiya şəraitində davam etdiyinə görə hər kəs qaydalara ciddi şəkildə əməl etməli, geniş iftar süfrələri təşkil edilməməlidir”.

OXŞAR XƏBƏRLƏR