Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II dövrəsinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, sentyabrın 16-dək İdman Sarayında davam edəcək yarışda yığmamız Belarus, Finlandiya və Avstriya ilə eyni qrupda mübarizə aparacaq.Millimiz ilk oyununu bu gün Finlandiyaya qarşı keçirəcək. Növbəti günlərdə isə rəqib Avstriya və Belarus yığmaları olacaq.14 sentyabr16:00 Avstriya – Belarus18:30 Azərbaycan - Finlandiya15 sentyabr16:00 Belarus – Finlandiya18:30 Avstriya – Azərbaycan16 sentyabr16:00 Finlandiya - Avstriya18:30 Azərbaycan - BelarusQeyd edək ki, komandamız birinci dövrədə keçirdiyi görüşlərdə bütün rəqiblərini məğlub edib - 3:0. Hazırda hamıdan çox xal toplayan millimiz qrup lideri olacağı təqdirsə, birbaşa 2013-cü ildə İsveçrə və Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.