II Elizabetin 2085-ci ildə açılmasını istədiyi məktub üzə çıxdı

II Elizabetin 2085-ci ildə açılmasını istədiyi məktub üzə çıxdı
DÜNYA
19:49 15.09.2022
478
II Elizabetin 1986-cı ildə Sidney xalqına yazdığı və 2085-ci ildə açılmasını xahiş etdiyi məktubun olduğu ortaya çıxıb.

Maraq obyektinə çevrilən məktub həmin ilə qədər 19-cu əsrə aid memarlıq irsi olan Kraliça Viktoriya binasında (Queen Victoria Building) saxlanılacaq.

Məktubun məzmunu məlum olmasa da, II Elizabetin onu Avstraliyanın Sidney şəhərinin merinə xitabən yazdığı bildirilir:

"Zəhmət olmasa, 2085-ci ildə sizin tərəfinizdən seçiləcək münasib bir gündə bu zərfi açıb Sidney xalqına mesajımı çatdıra bilərsinizmi?”
OXŞAR XƏBƏRLƏR