II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edildi, yaylım atəşi açıldı

II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edildi, yaylım atəşi açıldı
SOSİAL
12:09 27.09.2021
330
27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.
 
AZXEBER.COM xəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.
OXŞAR XƏBƏRLƏR