Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı Azərbaycan gənclər təşkilatları arası futbol üzrə II “Gənclər Kuboku” turnirinin təqdimatı keçirilib.“İrəli” İctimai Birliyinin mətbuat xidməti Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, təqdimatda “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, II “Gənclər Kuboku” turnirinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı “İrəli” İctimai Birliyinin həyata keçirdiyi layihələrdın biridir.R. Mərdiyev turnirin keçirilməsində məqsədin gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, idmanın inkişafı, cəmiyyətdə futbola marağın artırılması olduğunu deyib:“Turnir 1- 17 may tarixinə qədər davam edəcək.Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 32 gənclər təşkilatı iştirak edəcək. Hal-hazırda 35 təşkilat iştirak üçün müraciət edib və bu proses hələ də davam etməkdədir”.“İrəli” İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev yarışda iştirak edən komandaların olimpiya sistemi üzrə, daha sonra isə qrup turnirində mübarizə aparacaqlarını deyib.Qeyd edək ki, II “Gənclər Kuboku” turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “İrəli” İdman Mərkəzinin təşkilatçılığı, TİMSPORT idman malları mağazasının baş sponsorluğu və NIKE şirkətinin sponsorluğu ilə keçirilir.