Gürcüstanın Katalikos-Patriarxı II İlya martın 22-də Tbilisidəki Sioni məbədində dəfn olunacaq.
Bu barədə qərarı Gürcüstan Pravoslav Kilsəsinin ruhanilər məclisi qəbul edib.
Qeyd edək ki, II İlyanın vəfatı ilə əlaqədar Gürcüstanda milli matəm elan olunub, bütün tədbirlər təxirə salınıb. Soydaşlarımızın yığcam yaşadıqları Marneuli rayonunda Novruz və Ramazan bayramları münasibətilə planlaşdırılan ənənəvi şənliklər də ləğv edilib.
Xatırladaq ki, Gürcüstanın ali dini lideri ötən gün 93 yaşında vəfat edib. Sioni məbədində dəfn edilməsi onun vəsiyyəti olub.










































