II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb

II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb
SOSİAL
21:57 31.05.2019
5767
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. 

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 35423 abituriyentdən 1148 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki, imtahanda abituriyentlərə II ixtisas qrupunda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III ixtisas qrupunda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 10-11 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4 və 7 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
16:44 15.07.2026
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
16:28 15.07.2026
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
16:27 15.07.2026
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
16:22 15.07.2026
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
16:18 15.07.2026
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15:53 15.07.2026
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR