Gənc yazıçı Elman Süleymanov yeni kitabının təqdimatını keçirəcək.
Bu haqda AZXEBER.COM-a yazıçı özü məlumat verib.
O bildirib ki, "III dünya müharibəsi” adlanan kitabın təqdimat mərasimi 27 dekabr tarixində baş tutacaq:
"III dünya müharibəsi” gəlir, amma daha öncə olanlardan fərqli bir savaş. Qadınlar və kişilər arasında bir savaş. Min illərdir davam edən mübarizə dünyanı iki hissəyə - qadınlar və kişilərə bölür. Bu müharibənin ən güclü silahları pul, gözyaşı və aqressiyadır. Sizi kitabla tanış olmaq üçün 27 dekabr saat 12-00-da Bakı Kitab Mərkəzinə dəvət edirik. Rəsmi hissə olmayacaq. İdeal məkanda bir saat müddətində müəllifin piano ifasını dinləyib kitabı vərəqləyin, baxın. Bəyənsəniz, alıb oxuyun və ya sevdiyinizə, dostunuza yeni il hədiyyəsi edin. Hər birinizi gözləyəcəm"
Tədbirə qoşulmaq üçün linkə daxil ola bilərsiz: https://m.facebook.com/events/1865444720245101?refid=52&__tn__=C-R