"Qalatasaray"dakı uğurlu çıxışı ilə diqqət çəkən Mauro İkardinin üzünə Argentina Milli Komandasının qapıları yenidən açılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir Argentina millisində çıxış etməyən İkardi üçün yeni ehtimal yaranıb.
Argentinalı azarkeşlər "Qalatasaray" ulduzunun yenidən millidə oynamasını istədiklərini bildiriblər.
Bildirilib ki, Messi də kritik proseslə bağlı yaxın ətrafına danışıb və Mauro İkardinin milliyə dönməsinin doğru addım ola biləcəyini deyib.
Mauro İkardi bu mövsüm "Qalatasaray" forması ilə 13 rəsmi matçda 11 dəfə qol vurub.
Qeyd edək ki, futbolçu UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçirdiyi 4 oyunun 3-də fərqlənə bilib.
Mikayıl