İkardi bu qədər müddət meydandan uzaq qalacaq

İDMAN
12:58 02.09.2024
140
"Qalatasaray" Futbol Klubu "Adana Dəmirspor" matçında zədələnən Mauro İkardinin zədəsi ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, klub, İkardinin yuxarı sağ arxa əzələsində 2-ci dərəcəli qismən yırtılma aşkar edildiyini bildirib.
 
3-4 həftə meydanlardan uzaq qalacağı gözlənilən argentinalı futbolçunun "Fənərbaxça" derbisində oynamayacağı bəlli olub.
 
Xatırladaq ki, Metehanın ötürməsini qarşılamaq üçün özünü məcbur edən İkardi ayağından zədələnib. Həkimlərin müdaxiləsindən sonra oyunu davam etdirə bilməyən argentinalı hücumçu 25-ci dəqiqədə Mişi Batşuayi ilə əvəzlənib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR