İkardi "Qalatasaray" azarkeşlərinə səsləndi: "Çox xoşbəxtəm"

İDMAN
14:53 25.10.2023
227
"Qalatasaray"ın "Bavariya" ilə görüşdə yeganə qolunu vuran Mauro İkardi sarı-qırmızılı azarkeşlərə müraciət edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, zarkeşlərə təşəkkür edən argentinalı hücumçu "Bavariya"ya 3:1 hesabı ilə uduzmalarına baxmayaraq, "Qalatasaray" meydanında sərgilədiyi futbola görə təriflər alıb.
 
Qarşılaşmada sarı-qırmızılıların yeganə qolunu vuran Mauro İkardi azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.
 
Ulduz futbolçu sosial media hesabından dünənki məğlubiyyətə baxmayaraq burada olmaqdan xoşbəxt olduğunu bildirib: "Bu gün burada olmaqdan nə qədər xoşbəxt olduğumu hər kəsə demək istəyirəm. Dünənki nəticəyə baxmayaraq, bu komanda ilə nə qədər qürurlandığımı deyə bilmərəm. Hər kəsə minnətdaram".
 
Günel
OXŞAR XƏBƏRLƏR