"Fənərbağça” Türkiyə Superkubokunda "Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
"Qalatasaray” matçda Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Bununla bağlı Türkiyə Futbol Federasiyası qərarını açıqlayacaq.