İkardi yenidən yaşıl meydanlara qayıdır

İDMAN
19:36 08.01.2024
314
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin zədəsini nə vaxt sağalacağı və hansı matçda meydana dönəcəyi bəlli olub.

Həm üzündəki sınıq, həm də ayağındakı zədə səbəbindən oyunlara ara verən argentinalı hücumçunun Superliqanın 21-ci həftəsində "Trabzonspor"la matçda meydana çıxacağı gözlənilir.

Xatırladaq ki, "Qalatasaray"la "Fənərbağça" derbisində üzünə aldığı zərbə nəticəsində üz sümüklərində sınıq yaranan Mauro İkardinin bir müddət oynamayacağı klub tərəfindən açıqlanmışdı.
 
///baku.ws

OXŞAR XƏBƏRLƏR