İkardidən ayrılan Vanda Nara danışdı: Sonlar çox çətindir

İDMAN
00:06 11.07.2024
232
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi həyat yoldaşı Vanda Naradan ayrılıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanda Nara boşanmaqları haqda açıqlama verib.

O, İkardini ittiham etməyib:

"Sonlar çox çətindir. Ayrıldıq, amma Mauro ilə ailə olmaqdan heç vaxt vaz keçməyəcəyik. Sevgi olduğu müddətdə daha çox cəhd etmək səhv deyildi. Heç nədən peşman deyiləm. Ən gözəl illərim idi, amma bu gün tək qalmaq məcburiyyətindəyəm. Heç kim günahkar deyil. Başqası da yoxdur. Bizim sevgimiz hər zaman daha güclü olub".

Qeyd edək ki, Vanda Nara İkardi ilə 10 ildir ki, evli idi.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR