İker Kasilyas kapitanlıqdan imtina etdi

İDMAN
12:01 07.01.2013
1783

Madrid “Real”ının qapıçısı İker Kasilyas La Liqanın dünən “Real”a (Sosyedad) qarşı keçirilən 18-ci turunun oyununda (4:3) kapitan vəzifəsini icra etməkdən boyun qaçırıb.

Baş məşqçi Joze Mourinyo tərəfində yenə ehtiyatda saxlanılan futbolçu matçın 6-cı dəqiqəsində, qapıçı Antonio Adanın birbaşa qırmızı vərəqə almasından sonra oyuna daxil olub. Bu görüşə kapitan kimi çıxan Kriştiano Ronaldo Kasilyas oyuna girdikdən sonra kapitan sarğını ona vermək istəsə də, sonuncu bundan imtina edib.

İspaniya mətbuatı hesab edir ki, Kasilyas bununla onun barəsində baş məşqçi Joze Mourinyonun son qərarlarına etirazını bildirib.//qol.az

OXŞAR XƏBƏRLƏR