Türkiyənin Diyarbəkir əyalətində 2 avtomobil toqquşub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəzada 5-i ağır olmaqla 8 nəfər yaralanıb.
Xəbər üzərinə bölgəyə təcili yardım və polis qrupları sövq edilib.
Yaralılar təcili yardım qruplarının göstərdiyi ilkin tibbi yardımdan sonra şəhərdəki xəstəxanalara aparılıb.
Nəzarətə alınan yaralılardan 5-nin həyati təhlükəsi olduğu öyrənilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Oksana