Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, şəhərin Nizami Gəncəvi prospektində, Heydər Əliyev park kompleksinin yaxınlığında "QAZel” və "VAZ-2107” markalı avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ”ın sürücüsü 1994-cü il təvəllüdlü Qəzənfərov Müqayis Qalib oğlu və sərnişin, 1994-cü il təvəllüdlü Abbasov Jamiq İxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.