"İki aydır qardaşım xəstədir, dərdini tapan yoxdur" - Tanınmış müğənni çarə axtarır

"İki aydır qardaşım xəstədir, dərdini tapan yoxdur" - Tanınmış müğənni çarə axtarır
MAQAZİN
16:18 13.10.2025
140
"İki aydır qardaşım xəstədir, amma ona düzgün diaqnoz qoyan, dərdinə çarə tapan bir həkim tapılmayıb". 
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyədən Azərbaycana qayıdan və fəaliyyətini burada davam etdirən müğənni Elyanə Arslan sosial media hesabında yazıb.
 
O, həkimlərin səhlənkarlığından şikayətlənib:
 
"Türkiyədə yaşadığım vaxtlar deyirdilər: "Aaa, köç Bakıya, hər şey burda əladır, zəlzələdən də qorxmazsan!" İndi isə artıq iki aydır ki, qardaşım xəstədir,
amma ona düzgün diaqnoz qoyan, dərdinə çarə tapan bir həkim tapılmayıb. Aparmadığımız yer qalmayıb – amma nəticə yox. Sadəcə olaraq insanı soyurlar. İndi anlayıram ki, burda zəlzələ yox, həkimsizlik öldürür insanı. Söz tapa bilmirəm. Sadəcə acı bir reallıqdır bu.
 
Xatırladaq ki, Elyanə Arslan MTV Azərbaycan kanlında "Kəndimiz" verilişinin aparıcısıdır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR