İki dəfə ailəli olan Amina: “Nə yaxşı ki, boşanıb qayıtmışam”

İki dəfə ailəli olan Amina: “Nə yaxşı ki, boşanıb qayıtmışam”
MAQAZİN
12:15 03.02.2022
1862

"Toyda bütün xərcləri özüm çəkdim”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri ARB-də yayımlanan "Sözbaz” verlilişində qonaq olan müğənni Amina Şirin söyləyib. O, şəxsi həyatı ilə bağlı bir sıra gizli məqamlara aydınlıq gətirib.

 

Müğənni bildirib ki, birinci evliliyini ailəsinin təkidi ilə edib: "Mən səhnədə olmaq istəyirdim, amma illər keçdikcə gördüm ki, mənim ailəmdən - atamdan, anamdan başqa heç kimim yoxdur. Onların istəyi ilə evləndim, 20 yaşımda özümə toy etdim. Toy etdim deyirəm, çünki bütün xərcləri özüm çəkmişdim. Evlənəndə uzun müddət sənətdən uzaq qaldım”.

 

Müğənni iki dəfə ailə həyatı qurduğunu və heç birində xoşbəxt olmadığını deyib: "2 dəfə ailə həyatı qurmuşam. Birinci həyat yoldaşımı anam seçmişdi, onun seçimi üzərinə ailə həyatı qurdum. Nə yaxşı ki, boşanıb qayıtmışam. Anamın qayğısını heç kim verməz. Övladım və anamla birgə çox xoşbəxtəm”.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR