ABŞ prezidenti Co Baydenin son Covid-19 testinin də müsbət olduğu açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, ABŞ prezidenti Co Bayden iyulun 30-da Covid-19 üçün müsbət test etdikdən sonra yenidən karantinə alınıb.
Baydenin həkimi onun səhhəti haqda məlumat verib: "Prezident özünü yaxşı hiss edir. Müalicəsi davam edir".
Qeyd edək ki, 79 yaşlı Baydenin ilk "Covid-19” testi iyulun 21-də müsbət olsa da, iyulun 27-də testin nəticəsinin mənfi olmasından sonra onun karantini başa çatıb. İyulun 30-da isə Baydenin "Covid-19” testi yenidən müsbət çıxdı.
Aydın