Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi ev 71 ünvanında yaşayan 25 yaşlı Emin Elşən oğlu Nəsibov və şəhərin 28 may küçəsində yaşayan, 18 yaşlı Yaşar Elşən oğlu Ağayevin aralarında baş verən mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.
Çoxsaylı bıçaq zərbələri alan hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan report-a bildirilib ki, hər iki yaralı xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunub və yaralıların vəziyyəti ağır olaraq qalır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
///report.az