AZXEBER.COM xəbər verir ki, bu gün Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq.
***
Azərbaycan güləşçiləri Nihat Məmmədli, Həsrət Cəfərov, Qurban Qurbanov AÇ-də yarımfinala vəsiqə əldə ediblər.
Qeyd edək ki, hər üç idmançı bundan öncəki Avropa çempionatında qızıl medal qazanıb.
Ruslan Nurullayev, Murad Əhmədiyev isə mübarizəni dayandırıb.
Xatırladaq ki, yarımfinal matçları saat 18:45-də başlayacaq.
***
Nihat Məmmədli Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
***
Həsrət Cəfərov Avropa çempionatının finalına yüksəlib.
67 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesablı qalib gələrək finala vəsiqə qazanıb. Onun rəqibi Türkiyə təmsilçisi Murat Fırat olacaq.
***
Qurban Qurbanov Avropa çempionatının finalına yüksəlib.











































