İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı

İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı
SOSİAL
14:18 25.07.2017
964
Xəzərdə batan şəxsin meyiti sudan çıxarılıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
 
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
 
Bu gün 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR