"Telefonda danışmışdıq, bilirdim ki, səhhəti yaxşı deyil. Bu gün də bir sənətkarımızı itirdik, Allah ona rəhmət eləsin”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzla vida mərasimində aktyor Elşən Orucov deyib.
O qeyd edib ki, Ramiz Novruz həm xalqın ürəyində, həm bu sferada olan insanların ürəyində iz qoyub getdi: "Hər kəs onu çox istəyirdi. Gənclərə həmişə dəstək olurdu. Bizim seriallarda da çəkilmişdi, hər zaman yanımızda olmuşdu. Çox təəssüf, bu yaxınlarda mənim qonağım olacaq idi, söz vermişdi, amma danışdıq, dedi bir az vəziyyətim yaxşı deyil. Düzələn kimi mütləq qonğın olacam. Qismət”.
Elşən Orucov bildirib ki, Ramiz Novruz iki gün idi ki, komada idi:
"Xəstəliyini özü bildirmək istəmirdi. Çünki o, həyatda da pozitiv insan idi. Heç vaxt istəmirdi ki, xəstəliyi ilə bağlı danışılsın. Bir dəfə saytlarda da xəstəliyi haqda yazıldı. Çox əsəbiləşmişdi. O, təslim olan adam deyildi. Ona görə də, istəmirdi ki, heç kim üzülsün. Amma son vaxtlar vəziyyəti doğrudan da pis idi. Mən oğlu ilə danışırdım. Deyəsən, iki gün idi ki, komada idi, artıq dünən gecə rəhmətə getdi”
Aydın Nuri