“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Azərbaycanın Xorvatiyaya 6-0 hesabı ilə uduzmağına biganə qalmayıb.
AZXEBER.COM “Qarabağ FK”-nın facebook səhifəsinə istinadən xəbər verir ki, Qurbanov bu məğlubiyyətdən sonra da millidə heç bir dəyişikliyin olmayacağını deyib: “Düşünürəm ki, Berti Foqts oyundan sonra emosional açıqlama verdi. O, Azərbaycan millisini tərk etməyəcək. İki gün sonra hər şey unudulacaq, heç bir dəyişiklik haqda düşünülməyəcək”.