“Titanik”i görmək istəyən turistlər öldü - FOTO

“Titanik”i görmək istəyən turistlər öldü - FOTO
DÜNYA
00:23 23.06.2023
1184
"Titan" sualtı qayığının ekipajının bütün üzvləri ölüb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı məlumatı ABŞ Sahil Mühafizə İdarəsi yayıb.

Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı "Titan”a - ABŞ Sahil Mühafizəsinə məxsusdur.

Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub.

Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, "OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi.

Gülay
 

 


OXŞAR XƏBƏRLƏR