İki idmançımız Olimpiadaya lisenziya qazandı - FOTOLAR
İDMAN
17:19 08.04.2013
1307
Azərbaycanın 2 atleti dağ xizəyi üzrə "Soçi 2014" Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.AZXEBER.COM-un Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən həftə Bolqarıstanın Bansko şəhərində dağ xizəyi üzrə Azərbaycanın ilk çempionatı keçirilib.1 aprel 2013-cü il tarixində keçirilən çempionat dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə baş tutub. Çempionatda iştirak edən iki Azərbaycan atleti Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar.Elə həmin gündə gənclər arasında keçirilən digər yarışlarda isə adı çəkilən atletlər müvafiq olaraq 6-cı və 19-cu yerləri tutublar. Bütün yarışlar nəticəsində ortalama balına görə dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz "Soçi 2014" Qış Olimpiya Oyunlarına lisenziya qazanmaqla bu idman növündə Azərbaycanın balansına 2-ci lisenziyanı yazmış oldu.Qeyd edək ki, digər atletimiz Patrik Brahner Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziyanı 2013-cü ilin əvvəlində keçirilmiş yarışlar nəticəsində əldə etmişdir.