İki il əvvəl itkin düşən Rasimin qalıqları tapılıb?

İki il əvvəl itkin düşən Rasimin qalıqları tapılıb?
SOSİAL
12:22 13.07.2025
732
Ötən gündən etibarən bir sıra mətbu orqanlarda 2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin qalıqlarının tapılması haqqında məlumatlar yayılır.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, itkin şəxsin qalıqlarının tapılması həqiqətə uyğun deyil.

Həmçinin bir sıra saytların verdiyi xəbərə görə, Rasim guya qətlə yetirilib və cinayəti törətməkdə şübhəli bilinən şəxslər isə polis tərəfindən saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR