Fransa parlamenti eynicinsli nikahların leqallaşdırılması qanununun birinci və ən mühüm maddəsini təsdiqləməsinin ardından ölkədə ilk eynicinsli nikahı olub.
AZXEBER.COM-un “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Monpölye şəhərində keçirilən nikah mərasiminə 600-dən çox insan qatılıb. Nikahda dövlət rəsmiləri də iştirak edib.
Nikah salonun ətrafından polis təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş iş rejimində çalışsa da, salonun ətrafında qanuna etiraz edən şəxslər aksiya keçiriblər.
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın cinsi azlıqların nümayəndələrinin nikaha daxil olmaq imkanını vəd etməsi fransızlar arasında qızğın mübahisələrə səbəb olmuşdu. Son 2 həftə ərzində Parisdə bu istiqamətdə qanunvericilik təşəbbüsünün həm tərəfdarları, həm də əleyhdarları kütləvi nümayişlər keçirmişdi.