İki ölkə arasında gərginlik

DÜNYA
13:24 02.09.2024
148
Sabina Shoal və Cənubi Çin dənizindəki mübahisəli sularda Çin və Filippin arasında gərginlik davam edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən gün Sabina sahillərində Çin və Filippin sahil mühafizə gəmiləri toqquşub, tərəflər hadisədə bir-birini günahlandırıb.

Çin Sahil Mühafizəsinin sözçüsü Liu Dicun verdiyi açıqlamada, Filippin gəmisinin qeyri-peşəkar və təhlükəli manevrlə Çin gəmisini qəsdən vurduğunu söyləyib.

Aprelin ortalarında Çinin mübahisəli qayalığı dolduracağını və strukturlar quracağını ifadə edən Filippin Sahil Mühafizəsinin sözçüsü Cey Tarriela, "Artan təcavüz, zorakılıq və gərgin hərəkətlərə baxmayaraq, gəmimiz Sabina rifindən geri çəkilməyəcək”- deyə bildirib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR