İki ölkə arasında gərginlik: Diplomatlara 5 gün vaxt verildi

İki ölkə arasında gərginlik: Diplomatlara 5 gün vaxt verildi
DÜNYA
11:00 19.09.2023
196
Sıh lideri Hardep Sinq Nijjarın qətlinin arxasında Hindistan hökuməti ola bilər.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
 
Bu açıqlamadan sonra Hindistan Kanadanın yüksək səviyyəli diplomatından 5 gün ərzində ölkəni tərk etməsini istəyib.

Hindistan Xarici İşlər Nazirliyi "Qərar Kanada diplomatlarının Hindistanın daxili işlərinə müdaxilə ilə bağlı artan narahatlığını əks etdirir", -  deyib.

Trüdo son G20 Sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bu məsələni gündəmə gətirdiyini açıqlayıb.
 
Kanadanın baş naziri qətli törədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Nijjar iyunun 18-də Vankuverdən təxminən 30 kilometr şərqdə, Kanadanın Surrey şəhərində Sih məbədi qarşısında iki maskalı silahlı şəxs tərəfindən avtomobilində güllələnərək öldürülüb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR