İki ölkə arasında gərginlik - Mindən çox ailə evlərini tərk edib

DÜNYA
11:48 29.12.2024
207
Dekabrın 24-də Əfqanıstan və Pakistan orduları arasında başlayan gərginlik münaqişəyə çevrilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistan döyüş təyyarələri Əfqanıstanın Pktika əyalətinin iki ölkə sərhədinə yaxın bəzi bölgələrinə hava zərbələri endirib.

Bundan sonra Əfqanıstan qüvvələri əks hücuma keçib və toqquşmalarda 19 pakistanlı əsgər həyatını itirib.
 
Əfqanıstan qüvvələri iki Pakistan nəzarət-buraxılış məntəqəsini ələ keçirərkən, bölgədə qarşıdurmaların davam etməsi ilə ətraf kəndlərdə yaşayan 1000-dən çox ailə evlərini tərk edib.

Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber-Paxtunxva və Bəlucistan kimi əyalətlərində son illərdə terror aktlarının sayı əhəmiyyətli dərəcədə artıb.
 
Əvvəllər Pakistan ordusu Əfqanıstanın Xost, Paktiya və Kunar əyalətlərindəki TTP bazalarını hədəfə alıb və bu hücumlar iki ölkənin administrasiyaları arasında gərginliyə səbəb olub.

Mikayıl

OXŞAR XƏBƏRLƏR