Serbiya ilə Kosovo arasında gərginlik artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Serbiya və Kosovo arasında gərginlik artır.
Belə ki, Kosovonun şimalındakı yaşanan gərginlikdən sonra Serbiya ilə münasibətlər pisləşib. Serbiya prezidenti Aleksandr Vuçiç gərginliyin artmasından sonra Milli Təhlükəsizlik Şurasının çağırılmasına qərar verib.
Serbiya parlamentinin iclasında Serbiyanın baş naziri Ana Brnabiç ölkəsi ilə Kosovo arasındakı problemlərə toxunaraq, sülhün qorunması üçün hər kəsin əlindən gələni etməli olduğunu vurğulayıb:
"Biz Priştinanın birtərəfli addımları səbəbindən münaqişə astanasındayıq”, - deyə Brnabiç bildirib.
Kosovo tərəfi də təhlükəsizlik tədbirlərini artırıb. Kosovo polisinin açıqlamasına görə, ölkənin şimalında yaşayan vətəndaşlara qarşı təhdidlərin artması ilə əlaqədar şəhərlərdə və şəhərlərarası yollarda aktiv vəzifələrlə yanaşı avtomobil nəzarət məntəqələri yaradıldığı bildirilib.
Ayşən